Şərtlər və qaydalar
Şərtlər və qaydalar
İstifadə Şərtləri və Qaydaları
I. ÜMUMİ BAXIŞ
www.raporyaz.az (“Sayt”) veb platforması, istifadəçilərin tibbi görüntülərinin konsultasiyası üçün radioloq mütəxəssislərə göndərilməsini təmin edən onlayn xidmət təqdim edir. Sayta və platformaya daxil olmaq və onlardan istifadə etməklə, siz bu İstifadə Şərtləri və Saytda yer alan digər siyasətlərlə razılaşdığınızı təsdiq edirsiniz. Əğər bu şərtlərlə razı deyilsinizsə, xahiş olunur ki, Saytdan və Platformadan istifadə etməyin.
II. KONSULTASİYA XİDMƏTİ
Platformada təqdim olunan görüntü analizləri yalnız konsultasiya almaq məqsədi daşıyır. İlk diaqnostik qiymətləndirmənin əldə edilməsi sizin məsuliyyətinizdədir. Radioloq tərəfindən təqdim olunan ikinci rəyə əsaslanaraq, müalicə həkiminizlə məsləhətləşmədən hər hansı qərar qəbul etməməlisiniz.
www.raporyaz.az tibbi xidmət göstərmir və burada fəaliyyət göstərən radioloqlar mütəqil mütəxəssislərdir. Sayt, platforma və ya üçüncü tərəflər tərəfindən təqdim olunan ikinci rəyə görə heç bir məsuliyyət daşımır.
III. SAYT MƏZMUNU
Saytda və Platformada təqdim olunan heç bir məzmun tibbi məsləhət, müalicə üsullarının təsdiqi və ya zəmanət kimi qəbul edilməməlidir.
IV. İSTİFADƏÇİ HESABI
Sayt və Platformadan istifadə üçün hesab yaratmalı və ad, e-poçt ünvanı, şifrə kimi məlumatları təqdim etməlisiniz. Hesabınızdan yalnız siz istifadə edə bilərsiniz və başqalarına ötürülməsi qadağan edilib. Hesab məlumatlarınızın məxfiliyindən siz məsuliyyət daşıyırsınız.
Hər hansı bir təhlükəsizlik pozuntusu halında www.raporyaz.az hesabınızı müvəqqəti və ya daimi olaraq bağlamaq hüququna malikdir.
V. RİSKLƏR
Sayt və Platformadan istifadə müəyyən texniki risklər daşıyır, bunlara aşağıdakılar daxildir:
-
Bəzi hallarda yüklənən görüntülərin keyfiyyətinin aşağı olması və ya məlumatların natamam olması;
-
Elektron avadanlıqlarda nasazlıqlar səbəbindən cavab müddətinin uzanması;
-
Radioloqun tam tibbi tarixçəyə malik olmaması səbəbilə mümkün diaqnostik səhvlər;
-
Elektron sistemlərdə təhlükəsizlik pozuntuları nəticəsində şəxsi məlumatların icazəsiz ifşası;
-
Yanlış ixtisaslı radioloqun seçilməsi səbəbindən əlavə vaxt tələb oluna biləcəyi hallarla rastlaşılması.
VI. MƏXFİLİK
www.raporyaz.az istifadəçilərinin məxfiliyini qorumağı öhdəsinə götürür. Şəxsi və sağlamlıq məlumatlarınız yalnız sizin icazəniz əsasında üçüncü şəxslərlə paylaşılır. Sistem təhlükəsizlik tədbirləri ilə qorunsa da, internet üzərindən göndərilən məlumatların 100% təhlükəsizliyi təmin edilə bilməz.
VII. HÜQUQİ MƏSƏLƏLƏR VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
İstifadə Şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Hər hansı mübahisələr Azərbaycan məhkəmələrində həll ediləcək.