Süd vəzilərinin MRT müayinəsi
Dərc olunub:

Müayinə vaxtınıza 30 dəqiqə tez gəlməlisiz. Müayinənin sonuna yaxın venanıza kontrast maddə vurulacaq. Müayinə zamanı hərəkətsiz qalmanız işimizin keyfiyyətinə yaxşı təsir edəcəkdir.
Əziz pasientlər,
MRT müayinəsinin məqsədlərindən biri süd vəzilərində metabolik aktiv şübhəli ocaqların təyin edilməsidir. Bunun üçün müayinəni aybaşı başladıqdan 6 gün sonra, ta 14-cü günədək icra edirik. Əgər aybaşı olmursunuzsa istənilən gündə sizə MRT müayinəsini icra edə bilərik. Növbə götürərkən e-mail adresinizi yazsanız sizə təsdiq mesajı göndəriləcək.
Randevu almaq üçün aşağıdakı linkə klik edin:
MRT müayinəsinin nəticələri müayinənizin bitdiyi vaxta uyğun olaraq ertəsi iş günü həmən saatda (misal üçün bugün saat 3-də müayinəniz bitibsə, cavab ertəsi iş günü saat 3-də hazır olacaq. Nəticələri diaqnostika korpusu 1116-cı otaqdan əldə edə bilərsiz.
Müayinə vaxtınıza 1 saat qalmış və ya müayinəniz bitdikdən dərhal sonra əlaqə bölməsinə keçərək hazırki şikayətlərinizi, keçirmiş olduğunuz müalicə metodlarını, varsa təsdiq edilmiş histoloji diaqnozunuzu və digər müayinələrdə aşkar olunan narahat edici məqamları mesaj bölməsindən bizə qısaca yazaraq bildirin. Raporunuzu hazırlayarkən yazmış olduğunuz tibbi hekayənizi nəzərə alaraq sizə ekspert rəyi hazırlayacayıq.
Ünvan: Milli Onkologiya Mərkəzi, diaqnostika korpusu, 1116-cı otaq. Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi 79b
Valencia, Spain, Invitation - Erasmus Course on Magnetic Resonance Imaging
Anket
Xahiş edirik aşağıdakı linkə keçid edərək məlumatları dəqiq və düzgün doldurun.

Süd Vəzi Kistləri
Kistik lezyonlar 35-50 yaş arası qadınların təxminən üçdə birində müşahidə edilir. Onlar hormonal təsirə həssasdır və inkişaf-regressiya dövrləri ilə xarakterizə olunur. Kistlər palpasiya olunan kütlə kimi təqdim oluna bilər, lakin əksəriyyəti subklinikdir və skrininq ultrasəsin geniş istifadəsi nəticəsində təsadüfən aşkarlanır.

Yüksək riskli süd vəzi lezionları
Yüksək riskli lezyonlar (HRL-lər) bütün süd vəzi lezyonlarının təxminən 3–21%-ni təşkil edir. Onlar biologiyası tam aydın olmayan, lakin cərrahi müdaxilədən sonra bəzən bədxassəli xəstəliyə çevrilə bilən xoşxassəli lezyonlar kimi qəbul olunur. Bu lezyonlar bəzi hallarda daha yüksək dərəcəli lezyonlara çevrilərək maliqnlik inkişaf etdirə bilər.
