Hesabatların tərtib edilməsi

Dərc olunub:

Reporting

Raporları necə yazmaqlıyıq?

Radiologiya hesabatlarını düzgün yazmaq üçün vergüllər (","), nöqtələr (".") və cümlələr arasındakı boşluqların (space) düzgün qoyulması vacibdir. Səhv yazılmış mətn oxumağı çətinləşdirir və peşəkar görünmür. Aşağıda düzgün qaydaları izah edirəm və nümunələrlə göstərirəm.


1. Vergüldən sonra boşluq olmalıdır

Vergüldən (",") dərhal sonra bir boşluq qoyulmalıdır, lakin vergüldən öncə boşluq qoyulmur.

Düzgün:
Sağ süd vəzisinin parenximası heterogendir, retroareolar mərkəzi axacaqlar dilatasiya olunub, şübhəli kütlə izlənmir.

Səhv:
Sağ süd vəzisinin parenximası heterogendir,retroareolar mərkəzi axacaqlar dilatasiya olunub,şübhəli kütlə izlənmir.


2. Nöqtədən sonra boşluq olmalıdır

Nöqtə (".") cümlənin sonunda qoyulur və dərhal sonra bir boşluq qoyulmalıdır. Yeni cümlə böyük hərflə başlamalıdır.

Düzgün:
Sol süd vəzisində patoloji siqnal dəyişikliyi izlənmir. Limfa düyünlərində reaktiv dəyişikliklər var.

Səhv:
Sol süd vəzisində patoloji siqnal dəyişikliyi izlənmir.Limfa düyünlərində reaktiv dəyişikliklər var.

Səhv:
Sol süd vəzisində patoloji siqnal dəyişikliyi izlənmir . Limfa düyünlərində reaktiv dəyişikliklər var.
(Nöqtədən öncə boşluq qoyulmaz!)


3. Cümlələr arasında bir boşluq olmalıdır

Yeni cümləyə keçərkən əvvəlki cümlənin sonundakı nöqtədən sonra bir boşluq qoyulmalıdır.

Düzgün:
Öd kisəsi normal ölçüdədir. Divarları qalınlaşmayıb. Konkret izlənmir.

Səhv:
Öd kisəsi normal ölçüdədir.Divarları qalınlaşmayıb.Konkret izlənmir.


4. Nöqtə və vergül işarələri düzgün qoyulmalıdır

  • Vergül sadəcə sözləri və ya ifadələri ayırmaq üçündür.
  • Nöqtə cümləni tamamlayır.

Düzgün:
Qaraciyər normal ölçüdədir, parenximasında diffuz dəyişikliklər var. Öd yolları genişlənməyib.

Səhv:
Qaraciyər normal ölçüdədir parenximasında diffuz dəyişikliklər var ,öd yolları genişlənməyib.

(Vergül və nöqtə düzgün istifadə olunmayıb!)


5. Mətnin peşəkar görünməsi üçün bu qaydalara riayət edin

  • Vergüldən sonra boşluq qoyun
  • Nöqtədən sonra boşluq qoyun
  • Cümlələr arasında bir boşluq olmalıdır
  • Nöqtə və vergül işarələrini düzgün istifadə edin

Xüsusi tapşırıq:

Sizdən radioloji hesabat yazarkən bu qaydalara tam əməl etməyinizi xahiş edirəm. Düzgün mətn yazmaq sizin peşəkarlığınızı artırır və oxuyanın anlamasını asanlaşdırır.