MRT müayinəsinə gəlməzdən əvvəl bilməli olduğunuz məlumatlar
Dərc olunub:

Xahiş edirik diqqətlə aşağıdakı məlumatları diqqətlə oxuyun və razılaşın. Sizə təyin olunan müayinə vaxtı təxminidir və gecikmələr ola bilər.
- Bizim ünvanımız: Milli Onkologiya Mərkəzi, diaqnostika korpusu, 1116-cı otaq.
- Mənə təyin olunan vaxta 30 dəqiqə tez gələcəyəm və anlayıram ki, gecikməyim sizin qrafikinizi tam poza bilər. Bu səbəbdən gecikdiyim üçün günün sonunadək gözləməyə hazıram və buna görə heç bir etirazım olmayacaq.
- Mənə izah olunub ki, müayinəyə geciksəm, müayinə vaxtım ləğv oluna bilər və təkrar növbə tutmağa hazıram.
- Müayinə nəticələrimi 1 iş günü sonra, müayinənin bitdiyi vaxta uyğun olaraq ertəsi iş günü həmin saatda (məsələn, bu gün saat 3-də müayinəm bitibsə, cavab ertəsi iş günü saat 3-də) hazır olacağı barədə məlumatlandırılmışam və buna etiraz etmirəm.
- Müayinə nəticəsini diaqnostika korpusu 1116-cı otaqdan disk və raport şəklində götürəcəyim haqda məlumatlandırılmışam.
- Biopsiya və əməliyyat göstərişi olan pasiyentlər üçün bildiriş: Əməliyyatdan öncəki biopsiya nəticələrini və əməliyyatdan sonrakı patoloji rəyin Anar doktora göndərilməsinin vacibliyi mənə bildirilib. Cavabları əldə etdikdən sonra Anar doktora göndərəcəyəm.
- Bədənimdə metal (protez) yoxdur (diş protezi və ya implantlar istisna).
- Bədənimdə metallik qurğu var və bu qurğunu yerləşdirən həkim mənə MRT müayinəsindən keçə biləcəyimi bildirib.
- Metallik implantla MRT otağına keçməyin təhlükəli olduğunu bilirəm.
- Müayinə vaxtımda gecikmə olduğu halda sakitcə günün sonunadək gözləyə bilərəm.
- Texniki səbəblərdən müayinənin ləğv oluna biləcəyini anlayıram.
- Müayinə zamanı hərəkət etməməyə çalışacağam, anlayıram ki, müayinə zamanı hərəkət etmək müayinə keyfiyyətinə mənfi təsir edə bilər.
- Müayinə otağına keçərkən üzərimdəki paltarda dəmir tərkibli heç bir düymə, zamok, qəpik, alışqan, telefon, sancağ və digər şeylər olmamalıdır. Bunu anlayıram.
- Bədənimdə süni ürək aparatı və ya eşitmə cihazı yoxdur.
- Məndə böyrək çatmamazlığı yoxdur.
- Böyrəklərimdən şikayətlərim var və gələrkən sizə məlumat verəcəyəm.
- Köhnə KT və ya MRT disklərim var, onları gətirib sizə müqayisə etməyiniz üçün təqdim edəcəyəm.
- Mənə izah olunub ki, müayinəyə gələrkən özümlə üzərində dəmir aksesuarları olmayan dəyişək paltar gətirə bilərəm və müayinə otağına girərkən üzərimdə dəmirdən heç bir şey olmamalıdır.
- Bir istəyiniz olsa [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.
Anket
Xahiş edirik aşağıdakı linkə keçid edərək məlumatları dəqiq və düzgün doldurun.

Süd Vəzi Kistləri
Kistik lezyonlar 35-50 yaş arası qadınların təxminən üçdə birində müşahidə edilir. Onlar hormonal təsirə həssasdır və inkişaf-regressiya dövrləri ilə xarakterizə olunur. Kistlər palpasiya olunan kütlə kimi təqdim oluna bilər, lakin əksəriyyəti subklinikdir və skrininq ultrasəsin geniş istifadəsi nəticəsində təsadüfən aşkarlanır.

Yüksək riskli süd vəzi lezionları
Yüksək riskli lezyonlar (HRL-lər) bütün süd vəzi lezyonlarının təxminən 3–21%-ni təşkil edir. Onlar biologiyası tam aydın olmayan, lakin cərrahi müdaxilədən sonra bəzən bədxassəli xəstəliyə çevrilə bilən xoşxassəli lezyonlar kimi qəbul olunur. Bu lezyonlar bəzi hallarda daha yüksək dərəcəli lezyonlara çevrilərək maliqnlik inkişaf etdirə bilər.
