Prostat vəzinin MRT müayinəsi

Dərc olunub:

Prostat

Hörmətli pasientlər! Sizə prostat vəzinin multi/bi-parametrik MRT müayinəsini icra edəcəyik. Bu müayinənin məqsədi prostat daxilində klinik əhəmiyyət kəsb edən karsinomanın olma ehtimalını qiymətləndirməkdir. Müayinə yenilənmiş PIRADS təsnifatının tövsiyyələrinə əsasən icra ediləcək və raporlanacaq.

Multiparametrik prostat MRT müayinəyə gəlməzdən öncə xahiş edirik düz bağırsağınızdan nəcis və havanı maksimum təmizləməyə çalışın. Düz bağırsağın nəcis və havadan təmizlənməsi müayinənizi daha keyfiyyətli icra etmə fürsəti verəcək. Bunun üçün müayinəyə gəlməzdən 5-6 saat əvvəl apteklərdə mövcud olan kiçik imalə əldə edib düz bağırsağınızı maksimal dərəcədə təmizləyin.

Randevu almaq üçün aşağıdakı linkə klik edin:

Prostat MRT randevu

MRT müayinəsinin nəticələri müayinənizin bitdiyi vaxta uyğun olaraq ertəsi iş günü həmən saatda (misal üçün bugün saat 3-də müayinəniz bitibsə, cavab ertəsi iş günü saat 3-də hazır olacaq. Nəticələri diaqnostika korpusu 1116-cı otaqdan əldə edə bilərsiz.

Müayinə vaxtınıza 1 saat qalmış və ya müayinəniz bitdikdən dərhal sonra əlaqə bölməsinə keçərək hazırki şikayətlərinizi, keçirmiş olduğunuz müalicə metodlarını, varsa təsdiq edilmiş histoloji diaqnozunuzu və digər müayinələrdə aşkar olunan narahat edici məqamları mesaj bölməsindən bizə qısaca yazaraq bildirin. Raporunuzu hazırlayarkən yazmış olduğunuz tibbi hekayənizi nəzərə alaraq sizə ekspert rəyi hazırlayacayıq.

Ünvan: Milli Onkologiya Mərkəzi, diaqnostika korpusu, 1116-cı otaq. Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi 79b

European Society of Urogenital Radiology

Nijmegen

European Congress of Radiology 2025