Saytdan asan istifadə qaydası

Dərc olunub:

Konsultasiya rəylərinin hazırlanması 48 saat ərzində tamamlanılır

Hörmətli Pasientlər, bu sayt sizlərin radioloji görüntülərinizə ekspert rəyi bildirmək üçün nəzərdə tutulmuşdur. İstifadə qaydası çox asandır.

Saytdan istifadə etməyin iki rahat yolu var:

  1. Hesab yaradaraq istifadə:
    Ən yaxşı və tövsiyə olunan yol, hesab yaratmaq və tərəfimizdən əvvəlcədən müəyyən edilmiş vacib suallara cavab verməkdir. Bu suallar vasitəsilə xəstənin ətraflı məlumatlarını öyrənirik və daha dəqiq konsultasiya verə bilirik. Suallara cavab verdikdən sonra sonda pasientin tibbi hekayəsini bir qovluqda zip və ya rar arxivinə çevirərək Fayl Yüklə bölməsinə yükləyin və müraciətinizi tamamlayın. Yükləmə bitdikdən sonra Fayl Yükləndi - Fayla bax qeydini görəcəksiniz. Fayl yükləndikdən sonra ekranın yuxarı sağ bucağında yaşıl fonda müraciətiniz göndərildi mesajı yazılanadək gözləməyinizi xahiş edirik. Cavab hazır olduqda raporyaz.az şəxsi kabinetinizə məlumatlar göndəriləcəkdir. 

  2. Əlaqə düyməsi vasitəsilə mesaj göndərmək:
    Alternativ olaraq, saytımızın əlaqə bölməsindən bizə mesaj göndərə bilərsiniz. Əgər görüntülərinizə baxmaq və ya yükləmək üçün hazır link varsa, onu mesaj sahəsinə yapışdıra bilərsiniz.

Bu iki üsul sayəsində radioloji görüntülərinizlə bağlı konsultasiyanın nəticəsini asan şəkildə əldə edə bilərsiniz. Hər hansı sualınız olduqda, bizimlə əlaqə saxlamaqdan çəkinməyin!